10 milyonuncu sakin evə buraxıldı - VİDEO
Bizi izləyin

Sosial

10 milyonuncu sakin evə buraxıldı - VİDEO

Bir neçə gün bundan öncə dünyaya gələn ölkəmizin 10 milyonuncu sakini Mehriban Həsənova artıq doğmalarının yanındadır. 10 milyonuncu uşaq bu gün xəstəxandan evə buraxılıb

Publika.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, körpənin yaxınları diqqət və qayğıya görə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Uşağın yaxınlarının sözlərinə görə, hazırda körpənin və anasının vəziyyəti normaldır.

Həsənovlar ailəsində indi böyük sevinc yaşanır. Həm qohum-əqraba, həm də dost-tanış ailəni təbrik etmək üçün onların yaşadığı evi ziyarət edir.

Qeyd edək ki, balaca körpə aprelin 6-da dünyaya gəlib. O, ölkəmizin 10 milyonuncu sakini olaraq tarixə düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm