Ramazan ayı üçün Tədbirlər Planı hazırlanır - VİDEO
Bizi izləyin

Sosial

Ramazan ayı üçün Tədbirlər Planı hazırlanır - VİDEO

Ramazan ayı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tədbirlər Planı hazırlanır və buna uyğun da fəaliyyət göstərilir. Qafqaz Müsəlmanlari İdarəsi ilə qarşılıqlı şəkildə əməkdaşlıq edilir'.

Publika.az xəbər verir ki, "Xəzər Xəbər"-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri qeyd edib ki, bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək.

O, Ramazan ayı ilə bağlı komitənin tövsiyələrini açıqlayıb.

Mübariz Qurbanlı dini sahədə kadr hazırlığı məsələsinə də münasibət bildirib. O qeyd edib ki, xanım din xadimlərinə getdikcə ehtiyac duyulur. Çünki məscidə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur. Xanımların məsciddə dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi isə Qafqaz Müsəlmanlari İdarəsinə bağlıdır.

Bu arada, Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Dini-ideoloji təhlükəsizlik və media" mövzusunda konfrans keçirilib. Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasinda, həmçinin dini radikalizm, terrorizm və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələr ətrafinda fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm