Səfər Mehdiyev: Bakıda keçirilən konfrans uğurla başa çatdı
Bizi izləyin

Sosial

Səfər Mehdiyev: Bakıda keçirilən konfrans uğurla başa çatdı

Bakı şəhərində keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans uğurla başa çatdı. Üç gün ərzində narkotiklərlə mübarizə istiqamətində beynəlxalq əməkdaşlığın vacib elementləri müzakirə olundu.

Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev deyib.

S.Mehdiyev bildirib ki, konfransda gələcək illərdə narkotiklərlə mübarizə istiqamətində fəaliyyətin istiqamətləri müəyyənləşdirildi. Həmçinin Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının bununla bağlı vahid işi diqqətə çatdırıldı, digər dövlətlərin nümayəndələrinin regional miqyasda çıxışları və məruzələri dinlənildi. Bundan başqa, hər bir ölkənin öz daxilində narkotiklərlə mübarizənin mükəmməl modelləri və üsulları ortaya qoyuldu.

“Bugünkü konfransın yekunu olaraq, bu istiqamətdə əməkdaşlığı bundan sonra daha geniş şəkildə davam etdirmək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparmaq qərara alındı. Bu qərarda məlumat mübadiləsi, məxfiliyin qorunması və digər resurslardan istifadə edərək narkotranzitlərin kökünü qazımaq və insanların gələcəyini ciddi təhdid altında qoyan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə öz əksini tapır. Gələcək görüşlərdə həm milli qanunvericiliklərin uyğunlaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, narkotrafiklə məşğul olan qaçaqmalçılara qarşı birgə mübarizə modelləri ortaya qoyulacaq”, - deyə Dövlət Gömrük Komitəsinin sədri əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm