Sosial
Bu şəxslərə 5 gün İŞ OLMAYACAQ
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları 5 gün işləməyəcək.
Publika.az xəbər verir ki, orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları tətilə buraxılacaqlar.
İşçilərin tətili aprelin 24-dən 28-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına Çərşənbə günündən etibarən işə gəlməməklə bağlı tapşırıq verilib. Aprelin 29-dan Hökumət Evində iş bərpa ediləcək.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi aprelin 26-dan 28-nə qədər keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran-pri həmin binanın qarşısından start götürəcək.
Xatırladaq ki, Hökumət Evində İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və digər qurumlar yerləşir.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO