Sosial
İş axtaranların DİQQƏTİNƏ - Yeni sistem fəaliyyətə başlayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi yaxın günlərdə fəaliyyətə başlayacaq.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar əksini tapacaq. Vətəndaşlar Məşğulluq mərkəzlərinə gəlmədən, altsistemdəki müvafiq vakansiya üzrə istənilən vaxt elektron qaydada müraciətlərini edə biləcəklər.
“Məşğulluq” altsistemində qeydiyyatdan keçmək üçün isə “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə sistemə daxil olmaq, “İşaxtaranlar” pəncərəsinin müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra “Fərdi məşğulluq” bölməsində vakansiya siyahısı ilə tanış olmaq mümkündür.
Siyahıda peşəsinə, əmək bacarığına, istəyinə uyğun vakansiya tapmayan vətəndaşlar üçün altsistemdə aktiv məşğulluq layihələri də yer alacaq. Özünüməşğulluq proqramı iştirakçılarının burada hər birinin şəxsi kabineti də olacaq.
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO