• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

FHN-dən maarifləndirici tədbir - FOTO

FHN-dən maarifləndirici tədbir - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda dərs keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, nümunəvi dərsdə universitetin mülki müdafiə işlərinə məsul şəxsi çıxış edərək, təhsil ocağında mülki müdafiənin təşkili və idarəetmə orqanları barədə qısa məlumat verib.

Dərsdə, həmçinin “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda mühazirə oxunub, fotoslaydlar nümayiş etdirilib.

Sonra universitetin həyətində xüsusi xilasetmə alət və avadanlıqları təqdim olunub.

Universitetin müəllim və tələbələrinin cəlb olunduğu tədbirin sonunda mövzuya dair suallar cavablandırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR