Bakıda bu yolun tikintisi yekunlaşır - VİDEO
Bizi izləyin

Sosial

Bakıda bu yolun tikintisi yekunlaşır - VİDEO

Hövsan qəsəbəsindən Zığ-Qala yoluna birləşən yeni avtomobil yolu inşa edilir. Söhbət Hövsan qəsəbəsinin mərkəzi yolu ilə "Zeytun sovxozu" adlanan yaşayış sahəsindən keçməklə Zığ-Qala avtomobil yolunu birləşdirəcək yeni yoldan gedir. Ümumi uzunluğu 6,6 km olan layihənin icrası davam etdirilir. Artıq işlərin böyük hissəsi yekunlaşmaq üzrədir.

Publika.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirir ki, yeni yol bir sıra əhəmiyyətli yollara çıxışı xeyli asanlaşdıracaq.

Yeni yol və küçələrin 2 hərəkət zolaqlı olmaqla, eni 8 metr təşkil edəcək.

Buna paralel olaraq bu yoldan ayrılan və yaşayış sahəsinin mərkəzinə, həmçinin orta məktəbə kimi gedən 3 küçədə də tikinti işləri görülür.

Anar Nəcəfli onu da bildirib ki, hazırda Suraxanı rayonu ərazisində 3 qəsəbəni birləşdirən digər əhəmiyyətli yolda da təmir-tikinti işləri davam etdirilir. Yeni Suraxanı, Qaraçuxur və Bakıxanov qəsəbələrini birləşdirən yolda aparılan təmir işləri də artıq yekunlaşmaq üzrədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm