Sosial
Bəzi təqaüd və müavinətlər nə üçün artımla verilmədi? - RƏSMİ AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəzi sosial müavinət və pensiyaların aprel ayında artımla verilməməsinə aydınlıq gətirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr söbəsinin müdiri Fazil Talıbov Publika.az-a açıqlamasında bu istiqamətdə normativ qaydalar layihəsinin hazırlandığını deyib:
“Prezident cənab İlham Əliyevin Fərmanları ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər artırılmaqla, Prezidentin yeni aylıq təqaüdləri təsis olunub. Artıq aprel ayı üzrə sosial müavinət və təqaüdlər artırılmış məbləğlərdə ödənilib.
Eyni zamanda, sosial müavinət alan müharibə veteranlarına yeni təsis olunmuş aylıq təqaüd (80 manat) da verilib.
Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər üçün 100 manat, onlara və həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq 50 manat, əmək pensiyası alan müharibə veteranları üçün aylıq 80 manat yeni təqaüdlərin verilməsi üçün isə normativ qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib.
Qaydalar təsdiq edildikdən sonra həmin vətəndaşlardan sənədlər qəbul olunmaqla, onlara yeni təqaüdlərin təyin olunaraq gələn ayın sosial müavinət və ya pensiyaları ilə birgə verilməsi (aprel ayının da təqaüdü daxil olmaqla) təmin ediləcək”.
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR