Azərbaycan vətəndaşları daha çox Türkiyədə istismara məruz qalırlar - HESABAT
Bizi izləyin

Sosial

Azərbaycan vətəndaşları daha çox Türkiyədə istismara məruz qalırlar - HESABAT

Ötən il Azərbaycanda 22 uşaq, 863 nəfər böyük insan alverinin qurbanı olub.

Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun “Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair” illik məlumatında qeyd edilib.

2018-ci ildə Azərbaycanda insan alveri qurbanlarının 812-si qadın, 73-ü kişi olub.

Ötən il ərzində insan alveri qurbanları arasında böyüklərin xüsusi çəkisi artıb. 2018-ci ildə insan alveri qurbanlarının 98 faizi böyüklər olduğu halda, 2017-ci ildə bu göstərici 71, 2016-cı ildə 70, 2015-ci ildə 63 faiz olub.

İnsan alveri qurbanlarının istismar olunduğu ölkələrin sırasında ilk yeri (70 faiz) Türkiyə tutur. İnsan alveri qurbanlarının 11 faizi Rusiyada, 9 faizi Birləşmiş Ərəb Əmirliyində, 6 faizi Azərbaycanda, 2 faizi Malayziyada, 1 faizi Pakistanda, 1 faizi İranda istismara məruz qalıb.

Ümumilikdə 2005-2018-ci illərdə insan alveri və məcburi əmək cinayətlərinə görə 543 nəfər məsuliyyətə cəlb edilib. Onların 81-i (15 faiz) kişi, 462-si (85 faiz) qadın olub. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm