Nazir: "26 binanın istismara hazır olması barədə müsbət rəy verilib”
Bizi izləyin

Sosial

Nazir: "26 binanın istismara hazır olması barədə müsbət rəy verilib”

“Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanında müəyyən olunduğu kimi, ötən 2 ay ərzində respublika üzrə istismarına icazə verilmədən faktiki istismar edilən bütün çoxmənzilli yaşayış binalarında müayinə işləri həyata keçirilib. Müayinələrin nəticəsi olaraq bu kateqoriyaya aid 26 binanın istismara hazır olması barədə müsbət rəy tərtib edilib”.

Publika.az xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov fərmanın tətbiq olunduğu yaşayış binalarının sifarışçiləri, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin bir qismi ilə görüşdə deyib.

Nazir bildirib ki, işlər fərmanla müəyyən olunmuş zaman çərçivəsində həyata keçirilir: “26 binanın istismara hazır olması barədə tərtib edilən müsbət rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib. Bununla bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradılıb. Bugünə qədər qərargahda 260 yaşayış binasının nümayəndələrinin qəbul edilib, onlara zəruri izahatlar verilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm