Nazirdən ƏHALİYƏ ŞAD XƏBƏR: Təbii qazın limiti artırıldı
Bizi izləyin

Sosial

Nazirdən ƏHALİYƏ ŞAD XƏBƏR: Təbii qazın limiti artırıldı

"Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb.

“Report” xəbər verir ki, bu gün Tarif (Qiymət) Şurasının növbəti iclasından sonra iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda güzəştli tariflərdən əhalinin 85%-i istifadə edəcək: "Qərar sabahdan qüvvəyə minəcək. Hesablanma mayın 1 -dən 1-nə hesablanacaq".

Xatırladaq ki, Tarif Şurasının 1 dekabr 2016-ci il qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm