Tərkibində mənşəyi bilinməyən qatqıların olduğu yağlar satılır - XƏBƏRDARLIQ - - VİDEO
Bizi izləyin

Sosial

Tərkibində mənşəyi bilinməyən qatqıların olduğu yağlar satılır - XƏBƏRDARLIQ - - VİDEO

İsmayıllı sakini təxminən ay yarım bundan avvəl kərə yağı adı ilə aldığı yağı əridəndə yağın rəngi dəyişərək qaralmışdı. Vətəndaş bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional bölməsinə müraciət etmişdi. Artıq nümunələrin cavabı məlumdur.

İsmayıllı sakini Qönçə Həsənova yağı Novruz bayramına az qalmış şirniyyat bişirmək üçün rayonda fəaliyyət göstərən marketlərin birindən almışdı. Yağ əridilərkən məhsulun rəngi dəyişib və başqa bir hala düşmüşdü. Qönçə Həsənova aldığı məhsuldan bir parça götürərək Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional bölməsinə təqdim etmişdi. Artıq nümunələrin cavabı hazırdır.

Agentliyin Regional şöbəsindən bildirilib ki, vətəndaşın kərə yağı adı ilə aldığı məhsul fiziki-kimyəvi, mikrobioloji və yağ turşularının analiz edilməsi üçün laborator müayinəyə göndərilib. Laboratoriya nəticələrinə əsasən, nümunədə mikrobioloji zərərli orqanizimlər aşkar edilməyib. Lakin analiz zamanı məhsulda uyğunsuzluqlar aşkar edilib. Məlum olub ki, tərkibində mənşəyi bilinməyən digər yaglar var və istifadəyə yararlı hesab edilmir.

Sakinlər də tərkibi bilinməyən yağlardan istifadə etməyi məsləhət bilmirlər.

Məhsulu satan mağazanın sahibi verdiyi izahatda satdığı məhsulun saxlanma şərtlərinə və mal qonşuluğu prinsiplərinə əməl etdiyini və məhsulu kərə yağı kimi satmadığını bildirib.

Qida Təhlükəsizliyi Agentliyinin Regional bölməsindən bildirilib ki, istehsalçı şirkətinin istehsal obyektində araşdırma aparılması, yağın keyfiyyətinin yoxlanması təqdim edilmiş nümunəyə müdaxilə olunub-olunmaması və müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə müraciət edilib. (Xezerxeber.az)

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm