Qida sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə - Bu gündən...
Bizi izləyin

Sosial

Qida sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə - Bu gündən...

Bu gündən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatını və reyestrə daxil edilməsini onlayn qaydada həyata keçirir.

Agentlikdən Publika.az-a verilən məlumatda bildirilir ki, bu məqsədlə Agentlik tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) istifadəyə verilib.

Elektron sistem vasitəsi ilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə gəlmədən, Agentliyin rəsmi internet saytına daxil olub onlayn qeydiyyat üçün müraciət edə bilərlər. Sistemə giriş ASAN İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçirilir. Həmçinin sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsi ilə ödəmək imkanı əldə edirlər.

Qida təhlükəsizliyi qeydiyyatının onlayn qaydada həyata keçirilməsi ilk növbədə vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, sahibkarların vaxt itkisinin qarşısını almaq və qeydiyyat, idxal-ixrac prosesini daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırmağa imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm