Sosial
Azərbaycanda yaşı 100-dən çox olan neçə nəfər var? - Komitə AÇIQLADI
Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, ölkədə yaşı 100 və daha çox olanların sayı artıb.
2015-ci ildə Azərbaycanda yaşı 100 və 100-ü keçmiş 619 nəfər olub. 2016-cı ildə 626, 2017-ci ildə 683, 2018-ci ildə 749 nəfərin yaşı 100-dən çox olub. 2019-cu il yanvarın 1-ə olan məlumata görə isə Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı 880 nəfərə çatıb.
Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bildirib ki, "Ginnesin Rekordlar Kitabı"na yalnız yaşının verifikasiyası aparılmış şəxslər daxil edilə bilər. Hazırda dünyanın rekordlar kitabına düşən ən yaşlı sakini 112 yaşlı yapon Masadzo Nonakadır, Azərbaycanda isə indiyə qədər yaşı verifikasiya edilmiş uzunömürlülər arasında hələ ki "Ginnesin Rekordlar Kitabı"na düşə biləcək şəxs yoxdur".
Onun sözlərinə görə, 1925-ci ilə qədər doğulan uzunömürlülərin təxminən 70 faizinin əsl yaşı ilə sənəddə göstərilən yaşı üst-üstə düşmür. 1925-ci ildən sonra müəyyən rəsmi dövlət qeydiyyat idarələri fəaliyyətə başladığından, ondan sonra doğulanların yaşı daha dəqiq yazılıb.
-
Rəsmi xronika16:41
İlham Əliyev Rusiyaya gedəcək
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR