Kürdəmirdə silsilə oğurluqlar edən şəxs tutuldu
Bizi izləyin

Sosial

Kürdəmirdə silsilə oğurluqlar edən şəxs tutuldu

Kürdəmir Rayon Polis Şöbəsinə rayon ərazisində bir neçə oğurluq faktı barədə müraciətlər daxil olub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, rayon Telekommunikasiya Qovşağına məxsus 4 rabitə quyusundan qapaqların, Xırdapay kənd qəbristanlığından su çəninin, şəhər sakini M.Hacıyevin həyətindən 201 kiloqram metal qırıntılarının və M.Abbasova məxsus bərbərxanadan kondisionerin oğurlanması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Şıxalıyev saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm