Notariat hərəkətlərinin aparılması qaydaları DƏYİŞDİ
Bizi izləyin

Sosial

Notariat hərəkətlərinin aparılması qaydaları DƏYİŞDİ

“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edilib.

Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, dəyişiklik məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalındakı iştirak payları ilə əlaqədardır.

Bundan sonra məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius bu barədə müvafiq məlumatları onlayn rejimdə dərhal “Elektron notariat” informasiya sisteminə daxil etməlidir.

Ədliyyə Nazirliyi isə “Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatı Vergilər Nazirliyinə ötürməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm