Siyavuş Novruzov: “Çalışmalıyıq ki, orada olanlar Azərbaycana idxal edilməsin”
Bizi izləyin

Sosial

Siyavuş Novruzov: “Çalışmalıyıq ki, orada olanlar Azərbaycana idxal edilməsin”

"Vilayət Eyvazov çıxışında və bizə təqdim edilən hesabatda DİN-in apardığı işlər, görülən tədbirlər haqqında məlumat verdi. Böyük işlər görülür".

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı haqqında danışan komitə sədri Siyavuş Novruzov deyib. Deputat əlavə edib ki, dünya inkişaf etdikcə insan alverinə qarşı mübarizə də çətinləşir: “Hesab edirəm ki, biz əl-ələ verərək birgə fəaliyyət göstərməliyik. Burada qanunvericiliyin, ictimai dəstəyin böyük əhəmiyyəti var”.

Deputat bildirib ki, insan alverinə qarşı mübarizə ilə yanaşı onu yaradan amillər də ciddi araşdırılmalıdır: “İnsan alverini yaradan əsas səbəblər müharibələr, aclıq və miqrasiyadır. Bizim ətrafımızda müharibələr gedir, insanlar miqrasiya edirlər. Əslində bizdən asılı olmayan səbəblərdən insan alverinə qarşı mübarizə aparırıq. Xaricdən gələn insanlar hesabınadır. 10 minlərlə insan Aralıq və Qırmızı dənizdə itir, yoxa çıxır. Bunlar insan alverinin, orqan alverinin qurbanına çevrilir. Belə bir anda Asiya ilə Avropanın arasında yerləşən Azərbaycanda təsir edir. Biz çalışmalıyıq ki, orada olanlar Azərbaycana idxal edilməsin. Biz səylərimizi birləşdirməliyik. Bəlkə də gələcəkdə Miqrasiya Xidməti və digər qurumların da hesabatlarını dinləyərk. Milli Məclis özü də buna ciddi diqqət etməlidir. Hər bir vətəndaşımız buna qarşı mübarizə aparmalıdır, çünki özü də qurbana çevrilə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm