İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edildi – 2500 MANAT CƏRİMƏ
Bizi izləyin

Sosial

İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edildi – 2500 MANAT CƏRİMƏ

İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş maddə qüvvəyə minib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

1. 43.1-ci maddəyə "438.3,” rəqəmlərindən sonra "440-1,” rəqəmləri əlavə edilsin.

2. 54.2-ci maddəyə "410.3,” rəqəmlərindən sonra "440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3,” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 440-1-ci maddə əlavə edilsin:

"Maddə 440-1. Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması

440-1.1. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə -

fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.

440-1.2. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

440-1.3. "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə -

vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.”.

Qeyd edək ki, dəyişikliklər bu gündən qüvvəyə minib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm