Nazir sosial təminat sahəsində görülən işlərdən danışdı
Bizi izləyin

Sosial

Nazir sosial təminat sahəsində görülən işlərdən danışdı

Azərbaycanda sosial təminat sahəsində ciddi addımlar atılır. Lakin bu sahədə yeni sistemlərin bütün dəyişikliklərə hazır olması, innovativ texnologiyalardan düzgün istifadə etmək üçün beynəlxalq təşkilatlarla birlikdə işləməliyik.

Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən bir il ərzində sosial təminat sistemində uğurlu yol qət edilib. “Bir il əvvəl Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat (DOST) agentliyi yaradıldı. Azərbaycanın sosial sahədə özünəməxsus yeni innovativ təcrübəsi - DOST Agentliyi və ilk “DOST” mərkəzi, 126 növdə sosial yönümlü xidmətin “bir pəncərə”dən, tam şəffaf və operativ, nəzakətlilik və son nəticədə vətəndaş məmnunluğuna nail olunması prinsipi ilə təqdim edilməsinə imkan verdi. Bu il daha 3 DOST mərkəzi fəaliyyətə başlayacaq. Gələn il onların sayını 31-ə çatdırmağı planlaşdırırıq.

İlk dəfə Azərbaycanda bu il sosial reyestr yaradıldı. Hər bir vətəndaş internet vasitəsilə sistemə daxil olub sosial təminat, məşğulluq, əlillik, əmək müqavilələri ilə bağlı məlumat əldə edə bilir. Yanvarın 1-dən bütün təqaüdlər avtomatlaşdırılmış formada verilir. Artıq 10 minlərlə insan heç bir sənəd təqdim etmədən avtomatlaşdırılmış qaydada təqaüd alıb”.

Nazir bu ilin ötən dövründə minimum pensiyaların və minimum əmək haqqının 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını qeyd edib: “Şəhid ailələrinə qayğının artırılması, onların birdəfəlik ödənişlə təminatı, qaçqın və məcburi köçkünlərin müavinətlərinin, tələbələrin təqaüdlərinin artırılması, devalvasiyanın təsirlərinin aradan qaldırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli sahəsində atılan əhəmiyyətli addımlar atılıb. Təkcə cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paketin 3 milyon insanın rifahına ciddi dəstək olub”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm