• USD 1,7000 0,00% EUR 1,8970 +0,04%
    • GBP 2,1628 -0,09% RUB 0,0264 +0,38%

Günel Gözəlova nazirliyin mətbuat katibi təyin edildi

Günel Gözəlova nazirliyin mətbuat katibi təyin edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi təyin olunub.

Publika.az xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist və teleaparıcı Günel Gözəlova gətirilib.

Bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider Xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR