Bu qurumlar işçi axtarır
Bizi izləyin

Sosial

Bu qurumlar işçi axtarır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (56 vəzifə) növünə aid olan 58 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir.

DİM-dən Publika.az-a verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat iyunun 14-dək davam edəcək.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 14 iyun 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Şəki Apelyasiya Məhkəməsi (15 vəzifə) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

Milli Televiziya və Radio Şurasında BA4 altqrupu üzrə 1 vəzifə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (11 vəzifə) –AB1 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 5, BB4 altqrupu üzrə 2 vəzifə

İqtisadiyyat Nazirliyində BA4 altqrupu üzrə 2 vəzifə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində BB4 altqrupu üzrə 1 vəzifə

Şəki Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 15 vəzifə

Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə

Qaradağ Rayon Məhkəməsində BB4 altqrupu üzrə 11 vəzifə

Astara Rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə

Balakən Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

Ucar Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 58 vakant vəzifənin 2-si 4-cü təsnifata, 25- i 5-ci təsnifata, 4-ü 6-cı təsnifata, 27-si isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 25-i BA, 31-i isə BB vəzifə qrupuna aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm