Sosial
“Azəriqaz” əməkdaşlarının biabırçılığı: vətəndaşdan elə bir şey istədilər ki...
“İsmayıllının Qurbanəfəndi kəndində torpaq almışam. Kəndə qaz xətti çəkiləndə torpaq sahəsinə bir giriş yeri qoyulub, o da torpaq sahibinə aid olan hissədə qalıb. Qaydaya görə, həyətyanı sahəyə yeni bir giriş qoyulması lazım gələrsə, vətəndaş dövlət rüsumu ödəyərək bunu öz hesabına etdirə bilər. Torpağı satan şəxs rayonun qaz idarəsinə həyətə yeni bir giriş qoyulması üçün ərizə yazıb. Təbii ki, nə qədər xərc lazımdırsa ödəyəcəyik. Qaz idarəsindən gəlib əraziyə baxış keçirməlidirlər. Amma idarə nümayəndəsinin kəndə gəliş-gediş xərcini mənim çəkməli olduğumu deyirlər. Nümayəndəni qaz idarəsindən gəlib götürməliyəm, çünki idarənin xidməti maşını yoxdur. Xidməti maşın yalnız qəza zamanı istifadə edilir”.
Bu sözləri İsmayıllı rayon sakini Elman Əmirov Publika.az saytına ünvanladığı şikayətdə bildirib.
Vətəndaş bildirir ki, qaz idarəsi əməkdaşlarının bu cavabından sonra “Azəriqaz” İstehsalat Birliyinin qaynar xətt xidmətinə zəng edib.
“Dedilər ki, qaz idarəsi ilə danışıb məlumat veriləcək. Lakin müraciətimizdən 4-5 gün keçməsinə baxmayaraq hələ də heç bir məlumat verilməyib”.
Maraqlıdır “Azəriqaz” əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələri üçün ödənişi nə üçün vətəndaş etməlidir. Heç bir qanunda qurum əməkdaşlarının yol xərclərinin qarşılanmasının vətəndaşın vəzifəsi olduğu yazılmayıb. Vətəndaşın üzərinə düşən dövlətin müəyyən etdiyi rüsumu ödəməkdir.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin İbrahim Kəlbalıyev Publika.az-a vətəndaşın dediyi kimi ödənişin tələb edilməsinin mümkün olmadığını bildirdi:
“Hər hansı əraziyə texniki icra layihə sənədləri əsasında qaz xətləri çəkilir. Sonradan qaz xəttinin yerinin dəyişdirilməsi üçün vətəndaş “Azəriqaz” İstehsalat Birliyinə müraciət edir. Müraciət əsasında qaz təsərrüfatına yerində baxış keçirilir, sxem hazırlanır. Vətəndaşın vəsaiti hesabına podratçı şirkət tərəfindən yeni qaz xətti çəkilir. Bu zaman çəkiliş xərcini vətəndaş ödəyir. Lakin “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları əraziyə baxış keçirmək yol xərcinin qarşılanması kimi ödəniş tələb etmirlər”.
Təbii ki, İ.Kəlbalıyev qurum rəsmisi kimi qanunun tələb etdiyi və “Azəriqaz” əməkdaşlarının necə davranmalı olduğunu bildirdi. Lakin reallıq isə fərqlidir. Təcrübə göstərir ki, qurum əməkdaşları bəzən vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Bu hallarla bağlı Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev quruma xəbərdarlıq etmişdi.
Prezident “Azəriqaz”ın özünün birtərəfli olaraq hansısa qaydalar tətbiq etdiyini və bəzi hallarda insanlara problemlər yaratdığını bildirmişdi.
“Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır”.
Lakin qurum əməkdaşları hələ də, istədikləri kimi davranır, öz vəzifə borcunu yerinə yetirməkdənsə, vətəndaşdan “taksi pulu” dilənməkdən utanmır.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var