Güclü külək Daşkəsəndə ciddi fəsadlara səbəb oldu
Bizi izləyin

Sosial

Güclü külək Daşkəsəndə ciddi fəsadlara səbəb oldu

Daşkəsən rayonu ərazisində may;n 19-da saat 20-00 radələrində baş vermiş təbii fəlakət, dolu və leysan yağışla müşayiət olunan güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə o cümlədən, Daşkəsən şəhərinin, qəsəbə və kəndlərin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik şəbəkəsinin çoxsaylı dirəklərini və naqillərini yararsız hala salıb.

Bu barədə Publika.az-a Daşkəsən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində həmçinin rabitə və yaşıllaşdırma təsərrüfatına ziyan dəyib.

“Qərb Regional Hidrometeorologiya Mərkəzinin direktorunun Daşkəsən Rayon İcra Hakimiyyətinə verdiyi arayışa əsasən rayon ərazisində mayın 19-da saat 20-10 radələrindən başlayan küləyin maksimal sürəti 20-30 m/san olub. Təbii fəlakət nəticəsində Daşkəsən şəhər S.Vurğun küçəsi 17, Tofiq İsmayılov 13, Nizami küçəsi 16,19, 20 saylı Xətai 6 yaşayış binalarının dam örtüklərinə ziyan dəyib.

Eyni zamanda rayonun qəsəbə və kəndlərindəki yaşayış binalarına və sosial obyektlərə ciddi ziyan dəyərək dam örtükləri yararsız hala düşüb. Güclü külək Daşkəsən şəhərində xeyli sayda ağacı kökündən aşırıb”.

Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə komissiya tərəfindən müvafiq işlər aparılır.

“Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirləri görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunub. Rayonun daxili imkanları hesabına dəymiş ziyanın aradan qaldırılması üçün bərpa işləri aparılır. Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm