Qazaxda ölü heyvanları satmaq istədilər
Bizi izləyin

Sosial

Qazaxda ölü heyvanları satmaq istədilər

Qazax rayonunda diri çəkisi 315 kq olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən Publika.az-a verilən məlumata görə, agentlik və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Qazax rayonu Aşağı Salahlı kəndi ərazisində vətəndaş Cəfərov Musa Cavad oğluna məxsus avtomobilin yük yerinə baxış keçiriblər.

Bu zaman avtomobilin yük yerindən daxili orqanları çıxarılmış, ölmüş heyvan cəmdəyi aşkar olunub. İlkin araşdırmalar zamanı ölü heyvanın satış məqsədi ilə Qazaxdan Gəncəyə daşındığı məlum olub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyinin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin, heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm