FHN-in təşkilatçılığı ilə “Açıq qapı” günü keçirildi - FOTO
Bizi izləyin

Sosial

FHN-in təşkilatçılığı ilə “Açıq qapı” günü keçirildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə mayın 29-dan 31-dək “Açıq qapı” günü keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, nazirliyin “İzotop” xüsusi kombinatında keçirilən “Açıq qapı” günündə kombinatın direktoru Fikrət Aslanov məktəbliləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. O, uşaqlara kombinatın fəaliyyəti haqqında ətraflı məlumat verib.

Bakının Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə keçirilən maarifləndirmə tədbirində çıxış edən məktəbin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrayılova fövqəladə hadisələr zamanı davranış qaydalarının öyrənilməsinin əhəmiyyətindən danışıb.

FHN-in ictimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva uşaqlara nazirliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Nazirliyin Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində təşkil edilən “Açıq qapı” günü tədbirində isə şagirdlərə FHN-in fəaliyyəti haqda məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib. Uşaqlar, həmçinin fövqəladə hallarla bağlı rəsm və maketlərdən ibarət sərgi ilə tanış olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm