FHN orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirdi - FOTO
Bizi izləyin

Sosial

FHN orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirdi - FOTO

7 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

FHN-in canlı qüvvə və müvafiq texnika və avadanlıqlarının cəlb edildiyi təlimdə məqsəd məktəb kollektivinə yanğın təhlükəsizliyi qaydalarının aşılanması olub.

Təlimdə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıblar. Şərti yanğın baş vermiş məktəbdə insanların təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

Təlim uğurla başa çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm