120 kiloqram zərərli ətin insanlara satılmasının qarşısı alındı - FOTO
Bizi izləyin

Sosial

120 kiloqram zərərli ətin insanlara satılmasının qarşısı alındı - FOTO

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.

Publika.az-a Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, növbəti belə tədbir iyunun 16-da Daxili İşlər Nazirliyi əməkdaşlarının və Agentliyin nümayəndələrinin iştirakı ilə Ağdam rayonu ərazisində keçirilib.

Maqsudlu kənd sakini Yavər Azadovun idarə etdiyi “QAZ-2410” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, natəmiz vəziyyətdə və istifadəyə yararsız 120 kiloqram çəkidə mal əti aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm