FHN Lənkəranda mülki müdafiə təlimi keçirdi - FOTO
Bizi izləyin

Sosial

FHN Lənkəranda mülki müdafiə təlimi keçirdi - FOTO

Azərbaycan Respublikasının 2019-cu il üçün mülki müdafiə tədbirləri planına müvafiq olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili Baş İdarəsinin təşkilatçılığı ilə iyunun 19-dan 21-dək Lənkəran rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, təlimə Lənkəran Şəhər İcra Hakimiyyətinin Mərkəzi Aparatı, Fövqəladə Hallar Komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri, eləcə də nazirliyin Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb olunub.

Kompleks təlim mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması zamanı vaxtında və düzgün qərarların qəbul olunması, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə əməli vərdişlərinin aşılanması məqsədilə keçirilib. Həmçinin təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, radioaktiv mənbənin axtarışı, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat təminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsi tədbirlərini yerinə yetiriblər.

Kompleks təlimə FHN-in Cənub Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinin, rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin, ümumilikdə 295 nəfər şəxsi heyəti və 63 ədəd texnikası cəlb edilib. Tədbirin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilib və qarşıya qoyulmuş məqsədə nail olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm