• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

Azərbaycanda ölüm səviyyəsi azaldı

Azərbaycanda ölüm səviyyəsi azaldı

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 20135 ölüm halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,3-dən 6,2-yə qədər azalıb.

Cari ilin dörd ayı ərzində 44741 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,8) qalıb.

Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrdən 924-ü əkiz, 33-ü isə üçəm doğulanlardır.

Ümumilikdə, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 24692 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il may ayının 1-i vəziyyətinə 10,006,149 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir (Trend).

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR