Sosial
Bakıda polis HƏRKƏTƏ KEÇDİ - Bu şəxslərə qarşı sərt TƏDBİRLƏR GÖRÜLƏCƏK
Paytaxtda Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri keçirir.
Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, paytaxtın bütün rayonlarını əhatə edən gücləndilmiş tədbirlərdə hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması digər hallarla bağlı qanunvericilik çərçivəsində fəal iş aparılır.
Paytaxtda nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçılarının – sürücü və piyadaların hüquqi maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılır. Söhbətlərdə inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığı, maddi ziyana səbəb olan fəsadlar izah olunur.
Fərdi profilaktik söhbətlərdə yol polisi, ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul və digər xidmətlərinin əməkdaşları ilə birgə KİV nümayəndələri iştirak edirlər. Kütləvi tədbirdə əsas məqsəd şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşmasıdır.
Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...