Bakıda 82 yaşayış kompleksin sakinlərinə ŞAD XƏBƏR
Bizi izləyin

Sosial

Bakıda 82 yaşayış kompleksin sakinlərinə ŞAD XƏBƏR

Son 4 ayda 82 yaşayış kompleksin istismara qəbulu ilə bağlı rəy tərtib edilərək aidiyyəti qurumlara göndərilib.

“Xəzər Xəbər”in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sektor müdiri Bəxtiyar Tağıyev deyib.

Hazırda isə istismarına rəy verilməyən 349 çoxmənzilli bina var ki, onların da 294-ü Bakıda, 55-i isə regionlarda yerləşir. Bu binalarda əsas çatışmazlıqlar sənədlərin qaydada olmaması və mühəndis-kommunikasiya sistemlərinin normalara uyğun şəkildə şəbəkələrə qoşulmamasıdır.

Bəxtiyar Tağıyev bildirib ki, bu binaların da istismara qəbulu üçün sürətlə iş aparılır. Vaxtaşırı olaraq bütün aidiyyəti qurumların nümayəndələri sahibkarlarla görüşür və nöqsanların aradan qaldırılması ilə bağlı müzakirələr aparılır.

Yaxın 1 ay ərzində isə daha 50 binanın istismarı ilə bağlı rəy verilməsi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm