Bakıda Joao Jilbertonun xatirəsi yad edildi
Bizi izləyin

Sosial

Bakıda Joao Jilbertonun xatirəsi yad edildi

Bakıda Joao Jilbertonun xatirəsi yad edildi Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası öz işini davam etdirir.

Publika.az xəbər verir ki, sessiyanın keçirilməsi üzrə Təşkilat Komitəəsinin sədri, mədəniyyət naziri ilk olaraq bu gecə 88 yaşında dünyasını dəyişən məşhur braziliyalı musiqiçi Joao Jilbertonun xatirəsinin bir dəqiqəlik sukutla yad edilməsini təklif edib.

O qeyd edib ki, Joao Jilbertonun ölümü bütün bəşəriyyət üçün böyük itkidir: “Joao Jilberto populyar musiqi üslubu olan bossa-novanın yaradıcılarından biri idi. Biz onun ölümünü böyük itki kimi qəbul edirik”. Joao Jilbertonun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Braziliya nümayəndə heyətinin rəhbəri çıxış edərək Joao Jilbertonun özünəməxsus musiqi üslubunun olduğunu bildirib: “O, bütün dünyada tanınırdı. Joao Jilberto bizim üçün böyük ədəbiyyat, incəsənət irsi qoyub gedir. Cənab sədr, biz Joao Jilbertonun xatirəsinin yad edilməsinə dair təşəbbüsünüzü yüksək qiymətləndiririk”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm