Sosial
Sərkut, Ütkün, Tuğral, Üzarə... - Uşaqlara qoyulan YENİ ADLAR
Bu ilin iyun ayı ərzində Azərbaycanda körpələrə qoyulan yeni adlar məlum olub.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova “Report”a açıqlamasında bildirib ki, komissiyanın nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən ötən ay üzrə daxil olan adlar arasında 14-ü yenidir.
Onun sözlərinə görə, yeni adların hamısına müsbət cavab verilib və körpələrə qoyulmasına etiraz edilməyib. Valideynlər tərəfindən körpələrə qoyulan bu adlar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan yeni adlardır:
- Teynur
- Üzarə
- Ütkün
- Tuğral
- Yasir
- Züheyr
- Sərkut
- Saygün
- Minzər
- Mahnur
- Mahruy
- Qantürk
- Qəlbiyə
- Künhan
Qeyd edək ki, iyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 32 müraciətə baxılıb. Həmin adlardan 18-nin qoyulmasına qadağa qoyulub.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO









.jpg)





.jpg)

.jpg)
















.jpg)


