• USD 1,7000 0,00% EUR 1,9142 0,00%
    • GBP 2,1315 0,00% RUB 0,0271 0,00%

“Yeni Üfüq” Zaqatala ictimaiyyətini bir araya topladı - FOTO

“Yeni Üfüq” Zaqatala ictimaiyyətini bir araya topladı - FOTO

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə həyata keçirdiyi “Vətənpərvərlik mənəvi dəyərimizdir” adlı silsilə tədbirləri davam edir.

Publika.az-a “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, növbəti tədbir bu gün Zaqatala şəhərində keçirilib.

İslam Universtetinin Zaqatala filialının akt zalında baş tutan tədbiri təşkilatın sədri Sevinc Əzimbəyli giriş sözü ilə açıb.

O bildirib ki, övladlarımızı hələ uşaq yaşlarından milli vətənpərvərlik ruhunda tərbiyə etməli, onların bu müqəddəs dəyərlərə sahiblənməsi, mənəvi dəyərlərimizə bağlı olması üçün var qüvvəmizlə çalışmalıyıq: “Unutmamalıyıq ki, bu, həm də müsəlman üçün bir iman məsələsidir. Sevgili Peyğəmbərimiz necədə gözəl buyurub ki, “Vətəni sevmək imandadir”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Zaqatala şəhidlərinin timsalında Vətən üçün canından keçən bütün şəhidlərimizin əziz ruhlarına dua oxuyub.

O, milli mənafelərin, dövlət maraqlarının, dövlətçiliyimizin qorunmasının hər bir vətəndaş üçün vicdan məsələsi olduğunu dilə gətirib: “Mənəvi dəyərlərimizin qorunmması habelə milli təhlükəsizliyimizin mühafizə olunması deməkdir. Unutmamalıyıq ki, ən təhlükəli olanı dövlətsizlikdir. Uca Yaradana şükürlər olsun ki, bizə müstəqil dövlətimizi və müstəqilliyimizin qorunması, Azərbaycanımızın inkişafı, dünyada söz sahibi olması üçün var qüvvəsi ilə çalışan dövlət başçısı qismət edib. Dövlətimizin bütövlüyü naminə əməli fəaliyyət göstərmək hər birimizin şərəf işidir. Bu işdə atacağımız addımlarla dövlət başçımız, cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik. Allah xalqımızın və dövlətimizin düşmənlərinə heç zaman fürsət verməsin”.

Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri İlqar Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayon qazısı Malik Bilalov, rayon ağbirçəklər şurasının sədri Sona Qazıyeva çıxış edib.

Tədbirə şəhər ictimaiyyət nümayəndələri və çox sayda gənclər qatılıb.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR