Bu şəxslərə verilən pul təminatı artırıldı
Bizi izləyin

Sosial

Bu şəxslərə verilən pul təminatı artırıldı

Parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclasında Ali Məhkəmə sədrinin maaşının artırılması üçün qanunvericiliyə təklif edilən dəyişiklik layihəsi 3-cü oxunuşda müzakirəyə təqdim olunub.

Publika.az xəbər verir ki, dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək. Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində 2475 manat əməkhaqqı veriləcək.

Bundan başqa, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı da veriləcək.

Qanunun qüvvədə olan 106-cı (Hakimlərin maddi təminatı) maddəsində qeyd edilir: “Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir”.

Dəyişikliklə isə bu faiz bərabərləşdirilir. Yəni hər bir hakim vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan əlavə pul təminatı alacaq. Belə ki, Naxçıvan Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrləri əlavə 556 manat, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrləri 495 manat, digər məhkəmələrin sədrləri 433 manat əlavə aylıq pul təminatı alacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm