Ermənilər Qarabağ atları üçün bir neçə dəfə hücum etdi - Direktor - /FOTO
Bizi izləyin

Sosial

Ermənilər Qarabağ atları üçün bir neçə dəfə hücum etdi - Direktor - /FOTO

Dünyada 265 at növü var, onun 2-i Azərbaycandadır. Bunlardan biri Qarabağ atı, digəri isə Dilbaz atıdır.

Publika.az-a xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi media-turda Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov deyib. Kompleksin Ağdamın Eyvazxanlı kəndində atçılıq zavodunun əsasında yaradıldığını bildirən direktor hazırda burada 245 baş Qarabağ cinsindən olan at saxlanıldığını qeyd edib:

“Bunlardan 6 başı törədici ayğır, 60 başı ana madyan-damazlıq, 61 başı 2019-cu ildə alınan balalardır. Qalanları isə cavan və orta yaşda olan dişi və erkək atlardır”.

M.Hüseynov ermənilərin Qarabağ atlarını ələ keçirmək üçün hücum etdiklərini xatırladıb:

“Hələ o zamanlardan ermənilər çalışırdı ki, Qarabağ atını özününküləşdirsinlər. Silahlı şəkildə bir neçə dəfə Qarabağ atlarını gəlib aparmaq istəyirdilər. Kollektivlə birgə atları Ağdamın Üçoğlan kəndində quşçuluq fermasında gizlətmişdik və gəlib tapa bilməmişdilər”.

Kompleks direktoru onu da vurğulayıb ki, burada atlar yüksək səviyyədə saxlanılır:

“Atlarımız sərgidə iştirak etmək, cıdıra çıxmaq imkanına malikdir. Atlar dünya bazarına çıxacaq səviyyədə saxlanılır”.

M.Hüseynov bildirib ki, atların qiyməti 2 min manatdan başlayaraq 10 min manata qədər artır:

“İldə 25 baş atın satışı nəzərdə tutulur. İldə 50 baş artım olur. Atlar təbii cütlüklə artırılır”.

M.Hüseynov Qarabağ atının neçə seçildiyini də açıqlayıb. O bildirib ki, Qarabağ atının rəngi qızılı-kürən olur, alnında qaşqası, qıçlarında səkili var:

“Qarabağ atı gözəl nişanələri ilə seçilir. Qarabağ atı vəfaladır.

Sovetlər Birliyi zamanında atlar Moskvaya göndərilib, oradan xarici ölkələrə satılırdı. Hazırda at satışa çıxarılmır. Almaniya, İngiltərə, Fransaya atın satışı nəzərdə tutulur”.

FOTO: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm