“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda görüş keçirildi
Bizi izləyin

Sosial

“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda görüş keçirildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi əməkdaşlarının iştirakı ilə iyulun 16-da Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda görüş keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, görüşdə “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “İdarə və təşkilatlarda fövqəladə hallara hazırlığın təşkili”, “Meşələrdə yanğın təhlükəsizliyi qaydaları”, “112 - zəng xidmətindən düzgün istifadə qaydaları” və sair mövzularda məruzələr dinlənilib. Həmçinin ilkin yanğınsöndürmə avadanlığından istifadə qaydası əyani şəkildə izah edilib.

Sonda mövzu ətrafında suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm