Sosial
Azərbaycanda 655 məhkum cəza çəkməkdən azad olundu
Bu ilin 6 ayı ərzində Azərbaycanda 655 məhkum cəza çəkməkdən azad olunub.
Publika.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsində 2019-cu ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində deyilib.
Bildirilib ki, Cinayət Məcəlləsində dəyişikliklərə dair Qanunun icrası davam etdirilib. Penitensiar müəssisələrdə cəza çəkən 6549 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib. Məhkəmə qərarları əsasında 655 məhkum cəza çəkməkdən azad olunub, 2512 məhkumun cəza müddəti azaldılıb, 437 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilib.
Hesabat dövründə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 385 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib. Penitensiar Xidmətin əməliyyat aparatının təşəbbüslü məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş odlu və soyuq silah, habelə sursat götürülərək aidiyyəti orqanlara təhvil verilib.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü