FHN Salyanda seminar-müşavirə keçirdi - FOTO
Bizi izləyin

Sosial

FHN Salyanda seminar-müşavirə keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi iyulun 18-də Salyan Rayon İcra Hakimiyyətində fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-in yerli qurumları ilə rayon icra hakimiyyəti və özünü idarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlərə dair seminar-müşavirə keçirib.

FHN-dən Publika.az-a bildiriblər ki, müşavirədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında regional mərkəz ilə qarşılıqlı fəaliyyətin zəruriliyi vurğulanaraq görülən işlər, problemlər və onların həlli yollarından danışılıb.

Tədbirdə fövqəladə hallarla bağlı meşə və əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması üçün kəndlərdə əhalinin maarifləndirilməsinin, yay mövsümü ilə əlaqədar olaraq çimərliklərdə nəzarətin artırılmasının və müvafiq maarifləndirici lövhələrin qoyulmasının, gigiyena və ətraf ərazilərin çirklənməməsi üçün daha ciddi və konkret tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.

Seminar-müşavirədə nazirliyin Baş Əməliyyat İdarəsinin, Muğan Regional Dövlət Yanğına Nəzarət İdarəsinin, Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Qaz İstismar Sahəsinin, Elektrik Şəbəkənin, Suvarma Sistemləri İdarəsinin, Polis və Təhsil şöbələrinin rəhbərləri, o cümlədən fövqəladə hallar komissiyalarının və bələdiyyələrin sədrləri, həmçinin FHN-in Regional Mərkəzinin aidiyyəti şöbə və sektorlarının əməkdaşları iştirak ediblər.

Sonda suallar cavablandırılıb, müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm