Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edirlər - SİYAHI
Bizi izləyin

Sosial

Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edirlər - SİYAHI

2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, həmin müddətdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2540,9 min nəfər olub.

Ölkə vətəndaşlarının 39,1 faizi İrana, 27,1 faizi Gürcüstana, 18,1 faizi Rusiyaya, 10,2 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 65,7 faizini kişilər, 34,3 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4 faiz, Gürcüstana gedənlərin sayı 11,3 faiz, Rusiyaya gedənlərin sayı 7,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,4 faiz artıb.

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,4 faizi dəmir yolu və avtomobil, 15,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm