Bu ərazilər qazsız qaldı
Bizi izləyin

Sosial

Bu ərazilər qazsız qaldı

Bu gün səhər saat 09:00-dan axşam saat 18:00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Publika.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır.

Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17:00-dək bərpa olunacaq. Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09:00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm