Abşeronda 108 min yumurta məhv edildi
Bizi izləyin

Sosial

Abşeronda 108 min yumurta məhv edildi

Abşeron rayonunda istehsal olunan 108 min ədəd toyuq yumurtası məhv edilib.

Qida Təhlükəsizliyi Agentliyindən Publika.az-a bildirilib ki, hadisə rayonun Hökməli qəsəbəsi, “At yalı” adlanan ərazisində fəaliyyət göstərən Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsində baş verib.

Belə ki, müəssisəyə baxış zamanı 108 min ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu məlum olub.

Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt Şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm