Sosial
Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı artdı
Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı artıb.
Publika.az Trend-ə istinadən xəbər verir ki, 2013-cü ildə Azərbaycana 2 508,9 min nəfər turist səfər edib ki, onların 2 129,5 min nəfəri istirahət məqsədilə gəlib. 2018-ci ildə isə Azərbaycana gələn 2 849,6 min nəfərin 2 605,3 mini turizm məqsədilə səfər edib.
Keçən il Azərbaycana səfər edən turistlərin 1 042,4 min nəfəri istirahət, əyləncə, 787,4 min nəfəri işgüzar , 63,1 min nəfəri müalicə, 15,3 min nəfəri dini ziyarət, 651,6 min nəfəri qohumlara, dostlara baş çəkmək məqsədilə ölkəmizə səyahət edib.
Ötən müddətdə Azərbaycana qeyd edilən bütün istiqamətlər üzrə səfər edənlərin sayı artıb.
Keçən il xarici ölkələrə 4 908,1 min nəfər Azərbaycan vətəndaşı səfər edib ki, bu say da 2013-cü illə müqayisədə çoxdur.
2013-cü ildə xarici ölkələrə gedən 4 284,7 min nəfər Azərbaycan vətəndaşının 3 306,7 min nəfərinin səfərinin məqsədi istirahət olub.
Ötən il xaricə gedən 4 096,7 min nəfər azərbaycanlı turistin 1 126,3 mininin məqsədi istirahət, əyləncə olub.
2018-ci ildə turistlərin 900,2 min nəfəri işgüzar, 288,6 min nəfəri müalicə, 245,3 min nəfəri dini ziyarət, 844,5 min nəfəri qohumlara, dostlara baş çəkmək məqsədilə xaricə səyahət edib.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub