Abşeron və Sumqayıtın bir hissəsində elektrik enerjisi kəsildi
Bizi izləyin

Sosial

Abşeron və Sumqayıtın bir hissəsində elektrik enerjisi kəsildi

Abşeron rayonu və Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Xırdalan şəhəri Quşçuluq massivi, Abşeron rayonu Masazır qəsəbəsi, Məhəmmədi Kəndi, Sumqayıtın Yaşıldərə yaşayış massivində 2 saatdan artıqdır elektrik enerjisi təchizatı kəsilib.

Məlumata görə, fasilənin yaranma səbəbi Xırdalan elektrik yarımstasniyasından çıxan və qeyd edilən əraziləri qidalandıran 6000 kVt-luq gava ötürücü xətrin zədələnməsidir.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, hazırda qurumun əməkdaşları hadisə yerinə cəlb edilib və qarşıdakı 1 saat ərzində elektrik enerjisinin verilişi bərpa ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm