Qurbanlıq heyvan satışında YENİLİK: heyvanları onlayn sifariş verə bilərsiniz - - FOTO
Bizi izləyin

Sosial

Qurbanlıq heyvan satışında YENİLİK: heyvanları onlayn sifariş verə bilərsiniz - - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti “Kənddən Şəhərə” layihəsi çərçivəsində yeniliyə imza atıb.

Publika.az xəbər verir ki, vətəndaşlar Qurban bayramı ərəfəsində qurbanlıq heyvanları “Kənddən Şəhərə”nin saytına daxil olaraq əvvəlcədən sifariş verə bilərlər.

Bununla da vətəndaşlar bayram günü bazarlarda yaranan uzun növbələrdə vaxt itirməyəcəklər. Hər bir vətəndaş “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində onlayn şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün bu linkə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək.

Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq, telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edib. Agentlik bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir. AQTA bəyan edib ki, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün Respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi fəaliyyət göstərəcək.

Qurban bayramı ilə əlaqədar təşkil ediləcək “Kənddən Şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək:

Bakı şəhəri üzrə:

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi (“White palace” şadlıq sarayının yanı)

Binəqədi rayonu, Xocasən-Biləcəri-Binəqədi yolu, 10 May küçəsi (dörd yol)

Nizami rayonu, M.Əliyev kücəsi ilə O.Vəliyev küçəsinin kəsişməsindəki ("Milord" şadlıq evinin yanı)

Nərimanov rayonu, Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən Qarabağ mehmanxanasının söküntü sahəsi.

Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, Heyvan kəsimi məntəqəsinin həyəti

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfi

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72

Suraxanı rayonu, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin həyəti

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V” yaşayış sahəsində yerləşən "Günəş” ticarət mərkəzinin həyəti

Səbail rayonu, 20-ci sahə, “Aylı Gecə” restoranının həyəti

Səbail rayonu, Gülbala Əliyev küçəsi, Beton zavodunun arxa hissəsi

Xətai rayonu, Zığ yolu 5, "Nargilə" kafesinin yaxınlığı

Xətai rayonu, İnqilab İsmayılov küçəsi 8

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Bakı avtomagistralının sağ tərəfi, "Şaurma” kafesi və "Embawood" mağazaları arasındakı ərazi

Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağ tərəfi, lambir müəssisəsinin yanı

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 196, "İdeal” şadlıq sarayının ərazisi

Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 7-ci binanın yan tərəfi

Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsi 31a, Dairəvi yolun kənarı

Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsi 5, "Qismət" şadlıq sarayının qarşısı

Abşeron üzrə:

Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsi 26, "Qaraj" restoranının yanı

Xırdalan şəhəri, Qalibiyyə küçəsi 12, Təzə bazarın girişi

Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi ilə Qaçaq Nəbi küçəsinin kəsişməsi, "Araz" Marketin yanı

Saray qəsəbəsi, Bakı-Quba yolu, DYP postunun yanı, "Araz" Marketin həyəti

Məmmədli qəsəbəsi, "Göyqurşağı" yaşayış kompleksi, "Araz" Marketin yanı

Regionlar üzrə:

Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A, Heyvan bazarının yanı

Göygöl rayonu, Qızılca kəndi, Heyvan bazarının yanı

Mingəçevir şəhəri, Heydər Əliyev pr. 53, "Mingəçevir bazar" ASC-nin yanı

Şamaxı şəhəri, Göylər kəndi yolu, Heyvan bazarının yanı

Qəbələ şəhəri, Nizami küçəsi 8

Quba şəhəri, Nügədi yolu 2-ci km, "Dəvədabanı" yaşayış massivi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm