Dövlət orqanlarında çalışanların dərəcələri üzrə MAAŞLAR ARTIRILDI
Bizi izləyin

Sosial

Dövlət orqanlarında çalışanların dərəcələri üzrə MAAŞLAR ARTIRILDI

Dövlət orqanlarında çalışan işçilər üçün əməyin ödənilməsi dərəcələri üzrə maaşlar artırılıb.

Bununla əlaqədar Nazirlər Kabineti tərəfindən “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərara dəyişiklik edilib.

Qərarla “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli” yeni redaksiyada verilib.

Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinə görə, əməyin ödənilməsi üzrə 1-ci dərəcəyə malik olanların aylıq tarif (vəzifə) maaşı 250 manat, 2-ci dərəcə 260 manat, 3-cü dərəcə 271 manat, 4-cü dərəcə 282 manat, 5-ci dərəcə 294 manat, 6-cı dərəcə 306 manat, 7-ci dərəcə 319 manat, 8-ci dərəcə 332 manat, 9-cu dərəcə 346 manat, 10-cu dərəcə 360 manat, 11-ci dərəcə 375 manat, 12-ci dərəcə 390 manat, 13-cü dərəcə 406 manat, 14-cü dərəcə 423 manat, 15-ci dərəcə 440 manat, 16-cı dərəcə 457 manat, 17-ci dərəcə 529 manat, 18-ci dərəcə 666 manat, 19-cu dərəcə 906 manat olub. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm