Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI
Bizi izləyin

Sosial

Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti olacaq.

Bakıda gecə 22-24° isti, gündüz 29-31° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti,dağlarda gecə 14-19° isti, gündüz 21-26° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm