Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlandı
Bizi izləyin

Sosial

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlandı

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiyadan daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “VAZ 21093” markalı avtomobil saxlanılıb.

Gömrük baxışı zamanı sözügedən nəqliyyat vasitəsinin baqajında, yanacaq çəni üçün nəzərdə tutulan qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 9600 ədəd “Heets” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm