Sosial
Sürücülərin nəzərinə: Bu yolda radarlar quraşdırılacaq
Yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biri də yüksək sürətdir. Belə hadislərin qarşısının alınması üçün yollarda quraşdırılan sürətölçən radar və digər elektron cihazlar həm də profilaktik rola malikdir. Sürücülər radara düşməmək, cərimə olunmamaq üçün sürət həddini aşmamağa çalışırlar.
Sürücülər bildiriblər ki, Ələt-Atara yolunun Biləsuvar rayonundan Astaraya qədər olan hissəsində radar cihazları quraşdırılmayıb. Bu isə sürücülərin yüksək sürətlə hərəkət etməsinə səbəb olur ki, nəticədə həm avtomobillər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaranır.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Report-a bildirib ki, yol polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinə daim diqqət yetirilir və lazımı tədbirlər həyata keçirilir.
"Zərurət olan yerlərdə yollar xüsusi texnika vasitəsilə təchiz ediləcək" - deyə R.Quliyev bildirib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!