Bakıda mənzilər ucuzlaşdı - VİDEO
Bizi izləyin

Sosial

Bakıda mənzilər ucuzlaşdı - VİDEO

Bakıda mənzil bazarında ucuzlaşma başlayıb.

Xəzər Xəbər-in məlumatına görə, bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, mənzil bazarındakı ucuzlaşma mövsümi xarakter daşıyır. Hər il iyul və avqust aylarında mənzillərin ucuzlaşması müşahidə edilir.

Sentyabrın ikinci həftəsindən sonra mənzil bazarında yenidən qiymət artım müşahidə ediləcək. Bu artımın 2 və ya 4 faiz civarında olması qaçılmazdır. Ümumiyyətlə, daha çox artım oktyabr və noyabr aylarında müşahidə edilir.

Ekspert bildirib ki, bahalaşma özünü fərdi yaşayış evlərində də göstərəcək. Amma bu artım bina evlərindəki qədər müşahidə olunmayacaq.

O əlavə edib ki, bu illə müqayisədə gələn il daşınmaz əmlak bazarında qiymətlər beynəlxalq maliyyə bazarlarındakı proseslərdən asılı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm